Qışda iki hücumçusunu satmaq istəyir - Premyer Liqa təmsilçisi

10 Sentyabr 2025 15:40 İngiltərə 586
Qışda iki  hücumçusunu satmaq istəyir - Premyer Liqa təmsilçisi

“Arsenal” qış transfer pəncərəsində iki hücumçusu ilə yollarını ayırmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Braziliyalı Qabriel Jesus və belçikalı Leandro Trossar baş məşqçi Mikel Artetanın planlarında əsas oyunçular hesab olunmadığı üçün satışa çıxarılacaq. Hər iki futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

“Arsenal” Premyer Liqanın ilk 3 turundan sonra 6 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komandanın növbəti oyunu evdə “Nottingem Forest”ə qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"