
“Mançester Yunayted”in qapıçısı Andre Onana karyerasını Türkiyədə davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu qolkiperin “Trabzonspor”a icarəyə verilməsi razılaşdırılıb, rəsmi təsdiq isə yaxın günlərdə gözlənilir.
Onana əvvəlcə klubdan ayrılmaq istəməsə də, vəziyyət onu buna məcbur edib.
“Mançester Yunayted”in yeni qapıçısı Senne Lammenslə müqavilə imzalamasından sonra rəhbərlik kamerunluya Ruben Amorimin komandasında yalnız üçüncü qapıçı kimi şans veriləcəyini bildirib. Bu xəbərdən sonra Onana komandanı dəyişmək qərarına gəlib.
28 yaşlı qolkiper 2023-cü ilin yayından “Mançester Yunayted”in şərəfini qoruyur və klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.