Premyer Liqa klubunda işləyəcək – Millidən ayrılan baş məşqçi

26 Oktyabr 2024 10:00 İngiltərə 803
Premyer Liqa klubunda işləyəcək – Millidən ayrılan baş məşqçi

İngiltərə millisinin baş məşqçi postundan ayrılan Qaret Sautqeyt Premyer Liqada işləyə bilər.

Sportinfo.az "The Guardian"a istinadən xəbər verir ki, "Kristal Pelas" ingilis mütəxəssisə təklif göndərib.

Hazırda tərəflər arasında danışıqlar gedir və Sautqeytin böyük ehtimalla təklifə razılıq verəcəyi gözlənilir.

Qaret Sautqeyt 2016-cı ildən İngiltərə millisinə rəhbərlik edirdi. Bu yay isə o, postundan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!