“Bura çox işləməyə gəlmişəm, komandaya nə verə biləcəyimi çox yaxşı bilirəm”

25 Oktyabr 2024 18:20 İngiltərə 726
“Bura çox işləməyə gəlmişəm, komandaya nə verə biləcəyimi çox yaxşı bilirəm”

“Çelsi”nin hücumçusu Joao Feliks London komandasında çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə klubuna çox işləməyə gəldiyini bildirib:

“Mən bilirdim ki, hansısa çətin rəqabətdə iştirak edirəm. Amma bura çox işləməyə gəlmişəm.

Nəyə qadir olduğumu və komandaya nə verə biləcəyimi çox yaxşı bilirəm. Bu, yalnız vaxt məsələsidir”.

24 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 5 oyun keçirib və 1 qol vurub.

Feliks 52 milyon avroya “Atletiko”dan “Çelsi”yə keçib. O, London klubu ilə 2031-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti