“Zəng etdim, bu klubun onu qovmasını unutmamağımı söylədi”

19 Oktyabr 2024 15:20 İngiltərə 692
“Zəng etdim, bu klubun onu qovmasını unutmamağımı söylədi”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska vaxtı ilə “Lester”ə təyinatından sonra italiyalı mütəxəssis Klaudio Ranyeri ilə söhbətini xatırladıb.

Sportinfo.az “Italian Sky”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Lester”ə keçəndən dərhal sonra Klaudio Ranyeriyə zəng etdim. O, 2015/2016 mövsümündə Premyer Liqanı qazandıqdan sonra “Lester”in onu qovduğunu unutmamağımı söylədi.

Mən həmişə onun tövsiyələrinə əməl edirəm. Söhbət belə məşqçilərdən gedirsə, hətta adi söhbətdən də çox şey öyrənmək olar”.

“Çelsi” hazırda İngiltərə çempionatının turnir cədvəlində dördüncü yerdədir. Komanda 7 turda 14 xal toplayıb.

Mareska 2023-24-cü illərdə “Lester”i çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti