Premyer Liqa klubunun hədəfindədir – Almaniyalı müdafiəçi

23 Avqust 2024 22:00 İngiltərə 728
Premyer Liqa klubunun hədəfindədir – Almaniyalı müdafiəçi

Alman müdafiəçi Mats Hummels karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətində Premyer Liqa təmsilçisi “Brayton” maraqlıdır.

İngiltərə klubu onun üçün “Real Sosyedad” və “Malyorka” ilə mübarizə aparmaq niyyətindədir.

Hummels ötən mövsüm Dortmund “Borussiya”sında çıxış edib. O, keçirdiyi 40 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

35 yaşlı müdafiəçi bu yay “Borussiya”dan ayrıldıqdan sonra azad agent statusu daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!