İlkay Gündoğan karyerasını yenidən “Mançester Siti”də davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı yarımmüdafiəçi 2016-2023-cü illər aralığında “Mançester Siti”nin formasını geyinib. O, son olaraq İspaniyada “Barselona”da çıxış edib.

