”Kiminsə 20 illik müqaviləsi ola bilər, bu, mənim mövzum deyil”

22 Avqust 2024 10:20 İngiltərə 764
”Kiminsə 20 illik müqaviləsi ola bilər, bu, mənim mövzum deyil”

Hazırda “Çelsi” ilə müqaviləsi olan 40-dan çox futbolçu var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Enzo Mareska bu məsələyə münasibət bildirib:

“42 futbolçu ilə məşq etmirəm, 21 oyunçu ilə işləyirəm. Qalan 15-20 futbolçu ayrı məşq edir, mən onları görmürəm.

Kənardan göründüyü qədər qarışıqlıq deyil. Hətta kiminsə 20 illik müqaviləsi ola bilər, bu, mənim mövzum deyil”.

“Çelsi” növbəti matçını avqustun 22-də Konfrans Liqasında evdə “Servett”ə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti