“Mançester Yunayted”in yarımmüdafiəçisi Hannibal Mejbri karyerasını Çempionşipdə davam etdirə bilər.
Ызщкештащ.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bernli” tunisli futbolçunun xidmətində maraqlıdır.
Hazırda klublar potensial müqavilə ilə bağlı danışıqlar aparır.
“Bernli” Hannibalı məcburi satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Hələlik tərəflər onun transferi ilə bağlı yekun razılığa gələ bilməyib.
21 yaşlı futbolçu ötən mövsüm 17 matçda iştirak edib, 1 qol vurub. Onunla “qırmızı şeytanlar” arasındakı müqavilə 2025-ci ilə qədərdir.

