Paytaxt təmsilçisi 8 futbolçunu yola salmağa çalışır - Qarşıdakı günlərdə

21 Avqust 2024 18:20 İngiltərə 986
Paytaxt təmsilçisi 8 futbolçunu yola salmağa çalışır - Qarşıdakı günlərdə

“Çelsi” yay transfer dövrünün son günlərində bir sıra oyunçuları buraxmağa ümid edir.

Sportinfo.az “Mirror”-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 8 futbolçunun gedişini planlaşdırıb – onlardan birincisi yaxın saatlarda “Atletiko”ya yeni gələn kimi təqdim olunacaq Konor Qallaher olmalıdır.

Romelu Lukaku, Rahim Sterlinq, Kepa Arrizabalaqa, Corc Petroviç, Armando Broya, Trevo Çaloba və Karney Çukvuemeka siyahıda növbəti yerləri tuturlar.

Onların yayın sonuna qədər klubdan ayrılmasına icazə veriləcək.

“Çelsi” cari transfer pəncərəsində oyunçu satışından 100 milyon avrodan çox gəlir əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti