"Brayton" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Lids"in hücumçusu Jorjinyo Ryutter transfer olunub. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Bu keçid üçün "Brayton" qarşı tərəfə 46,7 milyon avro ödəyib. Bu isə klub tarixində yeni rekorddur.
J.Ryutter ötən mövsüm 51 oyunda 8 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

