“Hazırda ən yaxşı formada deyilik, yenə nə yaxşı ki…”

11 Avqust 2024 20:25 İngiltərə 502
“Hazırda ən yaxşı formada deyilik, yenə nə yaxşı ki…”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə superkubokunda “Mançester Yunayted” üzərində qələbədən (1:1, penalti – 7:6) sonra komandasının durumundan danışıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, o, komandanın hazırda yaxşı formada olmadığını söyləyib:

“Yeni mövsümə hazır olduğumuzu deyə bilmərəm. “Mançester Siti” hazırda ən yaxşı formada deyil.

Nə yaxşı ki, qazanılan kubokla başladıq. Lakin bu qələbə heç nəyi dəyişmədi, bu, reallıqdır”.

“Mançester Siti” Premyer Liqada mübarizəyə “Çelsi”si ilə səfər matçı ilə başlayacaq. Qarşılaşma avqustun 18-də, “Stemford Bric”də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”