63 milyon avroya yarımmüdafiəçi alır - Paytaxt təmsilçisi

11 Avqust 2024 13:10 İngiltərə 1 134
63 milyon avroya yarımmüdafiəçi alır - Paytaxt təmsilçisi

“Çelsi” “Vulverhempton”dan Pedro Netonu transfer etməyə yaxınlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu “Vulverhempton”la 60 milyon+3 milyon avro bonus qarşılığında razılığa gəlib.

Neto artıq Londona gəlib və tibbi müayinədən keçməyə hazırlaşır. Hər şey yaxşı olarsa, portuqaliyalı yarımmüdafiəçi tezliklə “Çelsi” ilə müqavilə imzalayacaq.

24 yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 2 qol vurub, 9 məhsuldar ötürmə edib. Uzun müddətdir ki, onun xidmətində daha iki klub – “Arsenal” və “Tottenhem” maraqlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!