“Napoli”nin 15 milyon avroluq təklifini qəbul etmədi - Paytaxt “zadəganlar”ı

9 İyun 2024 17:20 İngiltərə 926
“Napoli”nin 15 milyon avroluq təklifini qəbul etmədi - Paytaxt “zadəganlar”ı

Belçika millisinin və “Çelsi”nin hücumçusu Romelu Lukaku “Napoli”yə keçə bilər.

Sportinfo.az “La Repubblica”-ya istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 31 yaşlı hücumçu üçün qarşı tərəfə 15 milyon avro təklif edib.

Lakin bu məbləğ “Çelsi”ni qane etməyib. Londonlular Lukakunun satışından təxminən 38 milyon avro qazanmaq istəyir.

“Napoli”də belçikalı futbolçunun transferinin əsas təşəbbüskarı komandanın yeni baş məşqçisi Antonio Kontedir. O, Lukaku ilə “İnter”də çalışıb.

Lukaku ötən mövsüm “Roma”da icarə əsasında çıxış edib. O, 21 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti