COP29

Halandın “Real”a transferinə mane olmağa çalışacaq - “Mançester Siti”

9 İyun 16:55 İngiltərə 830
Halandın “Real”a transferinə mane olmağa çalışacaq - “Mançester Siti”

“Mançester Siti” hücumçu Erlinq Halandla müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamaq niyyətindədir.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, “şəhərlilər” norveçli futbolçunun gələcəkdə “Real”a keçmək istəyindən xəbərdardır.

“Mançester Siti” Halandın İspaniyaya transferini çətinləşdirəcək yeni müqavilə tərtib etmək istəyir.

Belə ki, indiki razılaşmaya əsasən, gələn yaydan Premyer Liqadan kənar klublar 23 yaşlı hücumçunu münasib qiymətə transfer edə bilərlər.

Haland son mövsümdə 45 oyun keçirib, 38 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?