Stefan Orteqa “Mançester Siti” ilə müqavilə müddətini uzadıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2026-cı ilin ortalarına qədər qüvvədə olacaq.
31 yaşlı almaniyalı qolkiper 2022-ci ilin yayından bu komandanın şərəfini qoruyur.
Orteqa keçən mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib və 7 qol buraxıb. O, 3 görüşdə qapısını toxunulmaz saxlayıb.

