“Elə təfərrüatlar var ki, biz onları çox yaxşı idarə edə bilmirik”

4 İyun 2024 18:40 İngiltərə 730
“Elə təfərrüatlar var ki, biz onları çox yaxşı idarə edə bilmirik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının “Mançester Siti”ni necə qabaqlaya biləcəyindən danışıb.

Sportinfo.az CNN-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandasının ötən mövsüm Premyer Liqanın ən yaxşısı olduğunu bildirib:

“Arsenal” “Mançester Siti”ni keçə bilər, biz sürətlə yaxınlaşırıq. Ötən mövsüm komandam demək olar ki, bütün göstəricilərə görə Premyer Liqanın ən yaxşısı idi.

Amma elə təfərrüatlar var ki, biz onları çox yaxşı idarə edə bilmirik. Bu səbəbdən, çempionluq titulunu əldən verdik.

İndi komandam diqqəti yaxşılaşdırmalı olduğumuz aspektlərə cəmləyib”.

“Arsenal” 2023/24 mövsümünün sonunda Premyer Liqada 2-ci yeri tutub. Belə ki, londonlular “Mançester Siti”dən 2 xal geri qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti