“Belə bir şeylə qarşılaşacağımı heç vaxt düşünməzdim”

1 İyun 2024 18:40 İngiltərə 727
“Belə bir şeylə qarşılaşacağımı heç vaxt düşünməzdim”

Dortmund “Borussiya”sının vingeri Ceydon Sanço AÇ-2020-nin finalından sonrakı təhqirlərdən hələ də özünə gələ bilmədiyini deyib.

Sportinfo.az CNN-ə istinadən xəbər verir ki, ingilis futbolçu bu vəziyyətdən çıxmağa çalışdığını bildirib:

“Düşünürəm ki, bu vəziyyətdən çıxmaq üçün çox çalışsam da, tam sağalmamışam. Belə mənfi reaksiya almaq xoşagəlməz idi.

Mən Londonda olub ölkəmizi təmsil edərək, belə bir şeylə qarşılaşacağımızı heç vaxt düşünməzdim”.

Həlledici oyunda Sanço oyunsonrası seriyada penaltini qaçırıb, komanda İtaliyaya uduzub (1:1, 3:2 penalti).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti