“Liverpul”un müdafiəçisini PSJ istəyir, amma nə olsun? - Deyirlər, qalsın

31 May 2024 15:40 İngiltərə 624
“Liverpul”un müdafiəçisini PSJ istəyir, amma nə olsun?  - Deyirlər, qalsın

“Liverpul”un müdafiəçisi İbrahima Konate klubunu dəyişə bilər.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, PSJ fransalı futbolçunu transfer etməkdə maraqlıdır.

Paris klubunu Konatenin çoxyönlü olması cəlb edir.

Eyni zamanda, “Liverpul” 25 yaşlı futbolçunu buraxmaq istəmir və ona yeni müqavilə təklif etmək niyyətindədir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin yayında başa çatır.

Konate ötən mövsüm Premyer Liqada 22 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti