Qalmaq istəyir – Yeni baş məşqçinin kimliyindən asılı olmayaraq

30 May 2024 15:40 İngiltərə 666
Qalmaq istəyir – Yeni baş məşqçinin kimliyindən asılı olmayaraq

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu Mançester klubunda qalmaq istəyir – yeni baş məşqçinin kimliyindən asılı olmayaraq.

Erik ten Haq yaxın vaxtlarda “qırmızı şeytanlar”ın baş məşqçi postunu tərk edə bilər. Klub hazırda niderlandlı mütəxəssisin son iki mövsümdəki fəaliyyətini təhlil edir.

Maquayr 2023/2024 mövsümündə 31 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti