Türkiyəli hücumçu üçün 16 milyon avro ödədi - Premyer Liqa klubu

30 May 2024 10:20 İngiltərə 951
Türkiyəli hücumçu üçün 16 milyon avro ödədi - Premyer Liqa klubu

"Bornmut" qışda "Xetafe"dən icarəyə götürdüyü Enes Ünalla bağlı qərar verib.

Sportinfo.az Premyer Liqa təmsilçisi türk hücumçunun transfer hüququna yiyələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu 27 yaşlı forvard üçün "Xetafe"yə 16 milyon avro təzminat ödəyib. Türkiyə millisinin üzvü "Bornmut"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Enes Ünal "Bornmut"un heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti