“Mən həmişə demişəm ki, bir gün bu klublara rəhbərlik etmək istəyirəm”.

30 May 2024 00:00 İngiltərə 729
“Mən həmişə demişəm ki, bir gün bu klublara rəhbərlik etmək istəyirəm”.

“Plimut”un baş məşqçisi Ueyn Runi harada işləmək istədiyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş hücumçusu işləmək istədiyi iki komandanın adını çəkib:

“Mənim arzum aydındır. Mən həmişə demişəm ki, bir gün “Everton” və ya “Mançester Yunayted”ə rəhbərlik etmək istəyirəm”.

Runi mayın 25-də Çempionşipdə mübarizə aparan “Plimut”un baş məşqçisi təyin edilib.

Runinin son iş yeri 2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarına kimi çalışdığı “Birmingem” olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI