“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının İngiltərə kubokunda çıxışını şərh edib.
Sportinfo.az xəbər verir ki, o, qələbə qazanmaq üçün üç vacib görüşün onları gözlədiyini söyləyib:
“Biz bu mövsümü xilas etməliyik. Bizim kubok qazanmaq imkanımız var.
Yeganə fürsət İngiltərə kubokudur, ona görə də bizi cəmi üç qələbə gözləyir. Lakin bunlar vacib görüşlərdir və əlimizdən gələni etməliyik”.
“Mançester Yunayted” bu gün İngiltərə kubokunun 1/4 finalında doğma meydanda “Liverpul”la qarşılaşacaq.

