Camal üçün 116 milyon avro ödəməyə hazırdır - Premyer Liqa təmsilçisi

17 Mart 2024 00:20 İngiltərə 677
Camal üçün 116 milyon avro ödəməyə hazırdır - Premyer Liqa təmsilçisi

"Liverpul" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi "Bavariya"da çıxış edən Camal Musialanın xidmətində maraqlıdır.

Premyer Liqa klubu 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Münhen təmsilçisinə 116 avroluq təklif göndərəcək.

"Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi" akademiyasından transfer edib.

Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti