“Mançester Yunayted” vingeri Ceydon Sançonun qiyməti ilə bağlı qərar verib.
Sportinfo.az xəbər verir ki, bu barə “Bild” nəşri məlumat yayıb.
İngiltərə təmsilçisi bu yay futbolçu ilə 50-60 milyon avroya ayrılmağa hazırdır. Əvvəllər futbolçunun qiyməti 35-40 milyon avro idi.
Hazırda 23 yaşlı Sanço icarə əsasında “Borussiya”da çıxış edir. Futbolçunun Almaniya klubu ilə müqaviləsi mövsümün sonuna kimidir.
“Mançester Yunayted” 2023-cü ilin sentyabrında komandanın baş məşqçisi Erik ten Haqla münaqişəsi səbəbindən oyunçunun komandadan kənarlaşdırıldığını elan etmişdi.

