“Arsenal” “Kolumbus Kreu”nun qapıçısı Patrik Şulte ilə maraqlanır.
Sportinfo.az xəbər verir ki, London klubu yayda komandanı tərk edə biləcək Aaron Ramsdeylə əvəzedici axtarır.
23 yaşlı Şulte Ramsdeylin yerinə “çərçivə”də əsas namizəd sayılır.
Şulte ABŞ klubu ilə MLS-in bu mövsümündə 3 oyun keçirib. O, bu oyunlarda 2 qol buraxıb və 1 dəfə qapısını toxunulmaz saxlayıb.
Onun “Kolumbus Kreu” ilə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədərdir.
“Arsenal” İngiltərə Premyer Liqasında 28 turdan sonra 64 xalla 1-ci yerdədir.

