“Everton”un müdafiəçisini “qaralayıb” - “Mançester Yunayted”

15 Mart 2024 12:00 İngiltərə 455
“Everton”un müdafiəçisini “qaralayıb” - “Mançester Yunayted”

“Mançester Yunayted” klubu “Everton”un müdafiəçisi Cerrad Brantueyti əsas transfer hədəfinə çevirib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 21 yaşlı futbolçu “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq və klubun skaut departamentini heyran edib.

Onlar Brantueyti almağı planlaşdırırlar. Maliyyə feyr-pley qaydalarının sərtləşdirilməsinə görə, “Mançester Yunayted” qazancını ən yaxşı şəkildə verə biləcək gənc istedada sərmayə qoymaqda maraqlıdır.

Brantueyt 2020-ci ildən “Everton”da çıxış edir. Müdafiəçi bu mövsüm bütün yarışlarda 31 oyun keçirib və 2 qol vurub. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Daha əvvəl “Arsenal” və “Real” klublarının da Brantueytlə maraqlandığı bildirilirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti