6-7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir

13 Mart 2024 22:00 İngiltərə 657
6-7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir

"Nyukasl"ln heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Antoni Qordon sıradan çıxıb.

23 yaşlı futbolçu diz bağlarından ağır zədə alıb. Onun 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. İngilis vinger yeni mövsümün əvvəlinə kimi hazır olacaq.

"Nyukasl" Antoni Qordonu 2023-cü ilin yayında "Everton"dan transfer edib.

Ön xətt oyunçusu "sağsağanlar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti