"Mançester Siti"nin mərkəz müdafiəçisi Manuel Akanji "Liverpul"un vitse-kapitanı Trent Aleksander-Arnolda cavab verib.
Sportinfo.az xəbər verir ki, Trent Mersisayd klubunun heyətində kubok qazanmağın, klubun fərqli maliyyə imkanlarına görə "şəhərlilər"in qazandığı titullardan daha dəyərli olduğunu söyləyib:
"Aleksander-Arnoldun dedikləri? Niyə belə dediyini bilmirəm.
O, trebl qazanmadığı üçün bu cür danışa bilməz. Deyə biləcəyim ancaq budur.
Əgər siz bizim kimi bir və ya beş ildə üç titul qazansanız, o zaman belə bir şey söyləmək hüququnuz olardı. İndiki məqamda isə onun nəsə deməsi doğru deyil".
Son 6 ildə “Mançester Siti” 5 dəfə İngiltərə çempionatının qalibi olub. Bu müddət ərzində yalnız 2019/2020 mövsümündə “Liverpul” çempion olmuşdu.

