50 milyon avro tələb edir - İcarəyə verdiyi vinger üçün

13 Mart 2024 00:00 İngiltərə 627
50 milyon avro tələb edir - İcarəyə verdiyi vinger üçün

"Mançester Yunayted" icarə əsasında "Xetafe"də çıxış edən Meyson Qrinvudla bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ingiltərəli futbolçunu mövsümün sonunda satacaq.

"Qırmızı şeytanlar" 22 yaşlı vinger üçün 50 milyon avro tələb edəcək. Oyunçu ilə "Barseloan", "Atletiko" və Səudiyyə Ərəbistanı klubları maraqlanır.

Meyson Qrinvud 2023-cü ilin yayından "Xetafe"də çıxış edir. İngiltərə millisinin sabiq üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun icarə müqaviləsi mövsümün sonunda başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti