"Nə etdiyimi bilirdim" - Qvardiolaya əsəbiləşdi

12 Mart 2024 10:00 İngiltərə 621
"Nə etdiyimi bilirdim" - Qvardiolaya əsəbiləşdi

“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne ötən gün İngiltərə Premyer Liqasının 28-ci turunda “Liverpul”la keçirilən oyunda (1:1) əvəzləndiyi üçün baş məşqçisi Pep Qvardiolaya etiraz edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli məşqçi 69-cu dəqiqədə oyunçunu meydandan çıxararaq onu Mateo Kovaçiçlə əvəzləyib

. Kevin isə etirazını bildirdikdən sonra ehtiyat oyunçular sırasında əyləşib. Daha sonra Pep Qvardiola bu məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, söhbət Kevinin oynamağından getmir, matç zamanı dəyişiklik lazım idi:

“Nə etdiyimi bilirdim. Kevin vacib futbolçudur, ona ehtiyacımız var.

Əsəbiləşə bilər, ancaq ikinci hissədə qol buraxdıqdan sonra vəziyyəti düzəltmək üçün nəsə etməli idik.

Mateo bunu çox yaxşı bacarır. Problem yoxdur. Hər şey qaydasındadır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti