“Şəhərlilər”lə yeni müqavilə imzalamağa hazırdır

12 Mart 2024 01:30 İngiltərə 383
“Şəhərlilər”lə yeni müqavilə imzalamağa hazırdır

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden klubu ilə yeni müqavilə üzrə danışıqlar aparır.

Sportinfo.az xəbər verir ki, ingilis futbolçu “şəhərlilər”lə yeni müqavilə imzalamağa hazırdır.

Hazırda tərəflər danışıqlar aparır. Fodenin yeni müqaviləsinin 2029-cu ilin ortalarına qədər davam edəcəyi gözlənilir.

Foden “Mançester Siti”nin yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir.

23 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 41 oyun keçirib, 18 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 18:10 Çək və bizə göndər!
23 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 04:00 Cəlal oynadı, uduzdular
23 Sentyabr 02:40 "Neftçi"də 3 qız var ki...
23 Sentyabr 01:30 İlin ən yaxşı klubu - PSJ
23 Sentyabr 01:10 “Qızıl top”u o aldı