“Liverpul”un ulduzu Məhəmməd Salah baş məşqçi Yurgen Kloppun mövsümün sonunda komandadan ayrılacağı qərarını şərh edib.
Sportinfo.az xəbər verir ki, misirli futbolçu məşqçi dəyişikliyinin klubdakı vəziyyətinə təsir etməyəcəyini bildirib:
“Məşqçi dəyişikliyi klubdakı vəziyyətimə təsir etməyəcək. Bu, həyatdır, hər şey dəyişir.
Əhəmiyyətli oyunçular və məşqçilər əvvəllər də “Liverpul”u tərk ediblər. Əlbəttə, bir gün mən də “Liverpul”dan ayrılacam, amma Kloppun gedişi buna təsir etməyəcək”.
Misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçmişdi.
Salah bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 19 qol vurub və 10 məhsuldar ötürmə edib.

