“Bəzən udmaq yalnız 25 dəqiqə lazımdır, buna görə də onlar bu qədər böyükdürlər”

9 Mart 2024 22:00 İngiltərə 693
“Bəzən udmaq yalnız 25 dəqiqə lazımdır, buna görə də onlar bu qədər böyükdürlər”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının bu mövsüm İngiltərədə çempionluq uğrunda mübarizə apardığı “Liverpul” və “Arsenal” haqda fikirlərini bölüşüb.

Sportinfo.azn xəbər verir ki, ispaniyalı məşqçi “Liverpul”un onların həmişə rəqibi olaraq qalacağını söyləyib:

“Liverpul” “Liverpuldur”, onlar həmişə bizim rəqibimiz olaraq qalacaq.

Ötən mövsüm əsas rəqibimiz “Arsenal” idi. Baxın, necə oynayırlar. “Liverpul”a bir matçda qalib gəlmək üçün 90 dəqiqədən çox vaxt lazımdır,

“Arsenal”a bəzən qalib gəlmək üçün yalnız 25 dəqiqə lazımdır. Buna görə də, onlar bu qədər böyükdürlər”.

“Liverpul” 27-ci turda “Nottingem Forest”ə qalib gələrək, 90+9-cu dəqiqədə qələbə qolunu vurub. “Arsenal” isə 27-ci turda “Şeffild Yunayted”i qəbul edib (6:0).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti