Premyer Liqanı cənnətə bənzətdi – Tanınış sabiq futbolçu

9 Mart 18:20 İngiltərə 259
Premyer Liqanı cənnətə bənzətdi – Tanınış sabiq futbolçu

İngiltərə millisinin və “Liverpul”un keçmiş futbolçusu Cimi Karrager Premyer Liqanın cari mövsümündə çempionluq uğrunda mübarizə haqqında fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, çempionluq uğrunda üç komandanın mübarizə aparmasının neytral azarkeş üçün cənnət olduğunu bildirib:

“Premyer Liqanın arzusu iki komandanın son tura qədər çempionluq uğrunda mübarizə aparmasıdır. Bunlardan üçü varsa, deməli, bu, ümumiyyətlə, neytral azarkeş üçün cənnətdir”.

O vurğulayıb ki, İngiltərə çempionatında hazırkı vəziyyətdən həzz almaq lazımdır.

“Liverpul” 27 turdan sonra 63 xalla birinci yerdədir. “Mançester Siti” (62) ikinci, “Arsenal” (61) üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI