“Biz amansız olmaq, növbəti matçlara can atmaq istəyirik”

9 Mart 15:20 İngiltərə 173
“Biz amansız olmaq, növbəti matçlara can atmaq istəyirik”

“Arsenal”ının yarımmüdafiəçisi Martin Odeqard komandasının son oyunlardakı çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, norveçli futbolçu bu gün qarşılaşacaqları “Brentford”a qarşı oynamağın həmişə çətin olduğunu bildirib:

“Biz bu yaxınlarda əla formada olmuşuq və indi bu standartları qorumaq və sürəti artırmağa davam etmək vacibdir.

Bu liqa çox çətin, çox rəqabətlidir və hər oyun çox vacibdir. Biz amansız olmaq, oyunlarda qalib gəlmək və növbəti matçlara can atmaq istəyirik.

“Brentford” keçən mövsüm burada heç-heçə etdi və eyni zamanda, ən yaxşı komandalara qarşı əla rekorda sahibdir. Ona görə də onlara qarşı oynamaq həmişə çətindir”.

“Arsenal” İngiltərə futbol tarixində ardıcıl üç səfər matçında 5+ qol fərqi ilə qalib gələn ilk komanda olmaqla rekorda imza atıb.

Bundan əvvəl Mikel Artetanın komandası səfərdə “Vest Hem” (6:0) və “Bernli”ni (5:0) məğlub edib.

“Arsenal” 27 turdan sonra Premyer Liqada 61 xalla 3-cü pillədə qərarlaşıb. Çempionata “Liverpul” başçılıq edir (63 xal).

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI