Paytaxt klubunun 2 namizədi var – Baş məşqçi postuna

5 Mart 18:20 İngiltərə 610
Paytaxt klubunun 2 namizədi var – Baş məşqçi postuna

“Çelsi” rəhbərliyi baş məşqçi Maurisio Poçettino istefaya göndəriləcəyi təqdirdə, “Sportinq”ə başçılıq edən Ruben Amorimi və ya “Brayton”da çalışan Roberto De Zerbini “sükan arxasına” gətirməyə çalışacaqlarına qərar verib.

Sportinfo.az xəbər verir ki, London klubunun rəhbərliyi argentinalı mütəxəssisin “Çelsi”dəki gələcəyi ilə bağlı cari mövsüm başa çatdıqdan sonra qərar verəcək.

Poçettino ötən ilin yayında “Çelsi”nin baş məşqçisi vəzifəsinə keçib. “Zadəganlar” İngiltərə çempionatının 26 turundan sonra 36 xal toplayıb və 11-ci yeri tutur.

Poçettinonun rəhbərliyi altında “Çelsi” Liqa kubokunun finalına yüksəlsə də, “Liverpul”a 0:1 hesabı ilə uduzub.

Daha əvvəl mətbuatda London klubunun rəhbərliyinin artıq Poçettinoya əvəzləyici axtarmağa başladığı barədə məlumatlar yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"