“Bu səhvdən sonra o, üzüldü, mən də üzüldüm, bundan sonra gülümsəmək lazımdır”

4 Mart 22:00 İngiltərə 226
“Bu səhvdən sonra o, üzüldü, mən də üzüldüm, bundan sonra gülümsəmək lazımdır”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Halandın Premyer Liqanın 27-ci turunda “Mançester Yunayted”lə oyunundakı (3:1) çıxışını şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Halandın birinci hissədəki qaçan qol epizoduna münasibət bildirib:

“Səhvdən sonra Haland üzüldü, mən də üzüldüm. İstəyirəm ki, o, hər oyunda 4-5 qol vursun.

Haland bu epizodu unudub yoluna davam etməlidir. Hər kəs belə epizodu əldən verə bilər.

Bundan sonra gülümsəmək və davam etmək lazımdır. Halandın etdiyi də məhz bu idi”.

“Mançester Siti” (62 xal) Premyer Liqada ikinci pillədədir. Qvardiolanın komandası ardıcıl 19 oyundur ki, bütün turnirlərdə uduzmur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"