"Nə qədər ki Qvardiola buradadır, “Mançester Siti”nin narahat olacağı bir şey yoxdur”

4 Mart 10:20 İngiltərə 274
"Nə qədər ki Qvardiola buradadır, “Mançester Siti”nin narahat olacağı bir şey yoxdur”

“Liverpul”un keçmiş müdafiəçisi Cimi Karrager “Mançester Yunayted”in hansı şərtlər altında İngiltərə futbolunda liderliyini bərpa edə biləcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, komandanın bu liderliyə nail olması üçün məşqçilər korpusunu dəyişməli olduğunu bildirib:

“Pep Qvardiola İngiltərə futbolunda qaldığı müddətdə “Mançester Yunayted” “Mançester Siti”ni zirvədən silməyi unuda bilər.

“Mançester Yunayted” sahiblərini dəyişə, dünyanın ən yaxşı icraçı direktoru və idman direktorunu tapa, seleksiya departamentini yeniləyə və klubu yenidən qura bilər.

Fərq etməz, nə qədər ki, Qvardiola buradadır, “Mançester Siti”nin narahat olacağı bir şey yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!