“Bu oğlanın ayağında top olanda xüsusi bir şey baş verir”

4 Mart 00:10 İngiltərə 219
“Bu oğlanın ayağında top olanda xüsusi bir şey baş verir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bu gün keçiriləcək oyundan əvvəl “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, portuqaliyalı futbolçunun oyunlardakı çıxışını yüksək qiymətləndirib:

“Müstəsna oyunçu! Onun hər oyunda nümayiş etdirdiyi sabitlik məni xüsusilə heyran edir.

Bu oğlanın ayağında top olanda xüsusi bir şey baş verir. O, həqiqətən də komandanı önə çəkir. Daha nə deyə bilərəm? Çox, çox vacib oyunçudur”.

Fernandes bu mövsüm bütün yarışlarda 35 matçda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!