”Onunla danışdım, amma sonda… Bu, mənim üçün ən yaxşı qərar idi”

3 Mart 2024 16:55 İngiltərə 682
”Onunla danışdım, amma sonda… Bu, mənim üçün ən yaxşı qərar idi”

"Liverpul"un hücumçusu Kodi Qakpo "Mançester Yunayted"in onunla maraqlandığını, lakin sonda Mersisayd klubuna keçməyə qərar verdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "The Mirror"a açıqlama verən niderlandlı forvard bunları deyib:

"Mançester Yunayted" "Liverpul"a keçməzdən əvvəl mənimlə müqavilə imzalamaq üçün danışıqlar aparırdı.

Erik ten Haqla danışdım, amma sonda “Liverpul”a keçdim. Bu, mənim üçün ən yaxşı qərar idi”.

Bu mövsüm Qakpo "Liverpul"un heyətində 37 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Transfermarkt internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 50 milyon avro təşkil edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti