Mövsümün sonunda klubdan ayrılacaq – Təklifi var

3 Mart 00:00 İngiltərə 285
Mövsümün sonunda klubdan ayrılacaq – Təklifi var

"Arsenal"ın qapıçısı Eron Ramzdeyl mövsümün sonunda klubdan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, ingilis qapıçı karyerasını Londonun digər təmsilçisində davam etdirə bilər.

25 yaşlı qolkiperin xidmətində "Çelsi" maraqlıdır. "Mavilər" yayda 25 yaşlı "əlcək sahibi" üçün onun klubuna təklif göndərəcək.

"Arsenal" Eron Ramzdeyli 2021-ci ilin yayında "Şeffild Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 10 rəsmi matçda meydana çıxıb.

Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!