Premyer Liqadan 3 illik müqavilə təklifi aldı - "Qarabağ"ın rəqibinin baş məşqçisi

2 Mart 2024 01:30 İngiltərə 699
Premyer Liqadan 3 illik müqavilə təklifi aldı -

"Liverpul" rəhbərliyi komandanı "Bayer"in baş məşqçisi Xabi Alonsonun çalışdırmasını istəyir.

Sportinfo.az xəbər verir ki, Mersisayd klubu ispaniyalı mütəxəssisə üç illik müqavilə təklif edib.

İngiltərə klubunun hazırkı çalışdırıcısı Yurgen Kloppun mövsümün sonunda oranı tərk edəcək. "Liverpul" rəhbərliyi isə onu məhz Alonso ilə əvəzləməkdə israrlıdır.

2022-ci ildən "Bayer"in baş məşqçisi olan Xabinin komandadan ayrılıb-ayrılmayacağı dəqiq deyil. Leverkuzen klubu Almaniya çempionatında 23 turdan sonra 61 xalla liderdir.

Əlavə edək ki, "Bayer" Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti