“Biz indiki vəziyyəti keçmişlə müqayisə edə bilmərik”

29 Fevral 2024 18:40 İngiltərə 406
“Biz indiki vəziyyəti keçmişlə müqayisə edə bilmərik”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino klubun yeni transferlərə külli məbləğdə pul xərcləməsini şərh edib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis klub sahiblərinin fərqli şeylər etmək istədiyini bildirib:

“Klub sahibləri burada fərqli bir şey etmək istəyirlər. Bu, sadəcə başlanğıcdır.

Ona görə də biz indiki vəziyyəti keçmişlə müqayisə edə bilmərik.

“Çelsi” haqqında həmişə milyardlarla dollar xərcləməsindən danışırlar və heç nə edə bilmirsən. Bu, ədalətli deyil”.

“Zadəganlar” son dəfə İngiltərə kubokunun finalında “Liverpul”la qarşılaşıb (0:1). Yeganə qolu 118-ci dəqiqədə “qırmızılar”ın müdafiəçisi Vircil van Dayk vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!