"Azarkeşlərin məyusluğunu başa düşürəm, amma yenə də onların köməyinə ehtiyacımız var"

28 Fevral 22:00 İngiltərə 220
"Azarkeşlərin məyusluğunu başa düşürəm, amma yenə də onların köməyinə ehtiyacımız var"

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə kubokunun 1/8 final mərhələsinin “Lids”lə qarşıdakı oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis “Çelsi” azarkeşlərinə müraciət edib:

“Bəli, bizi çətin oyun gözləyir. Tam bir ev və xoş bir atmosfer olacaq.

Azarkeşlərin məyusluğunu başa düşürəm, amma yenə də onların köməyinə ehtiyacımız var”.

Oyun bu gün, Londondakı “Stemford Bric” stadionunda keçiriləcək.

“Çelsi” 25 oyundan sonra 35 xalla Premyer Liqada 11-ci pillədə qərarlaşıb. Çempionata “Liverpul” başçılıq edir (60 xal).

Digər Xəbərlər
Xəbər Lenti