Keçmiş baş məşqçisini geri qaytarmaq istəyir – Premyer Liqa klubu

3 İyun 2024 12:00 İngiltərə 1 540
Keçmiş baş məşqçisini geri qaytarmaq istəyir – Premyer Liqa klubu

Roberto De Zerbi mövsümün sonunda komandadan ayrıldıqdan sonra “Brayton” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qağayılar” 2019-22-ci illərdə komandaya rəhbərlik etmiş Qrem Potteri dəvət etməyi düşünür.

İngiltərəli çalışdırıcı 2022-ci ilin payızında “Çelsi”yə rəhbərlik etsə də, London klubunda yalnız aprel ayına kimi fəaliyyət göstərib, bundan sonra qovulub. Potter həmin vaxtdan bəri işsiz qalıb.

Daha əvvəl Potterin AÇ-2024-dən sonra Qaret Sautqeyt İngiltərə millisinin baş məşqçisi postunu tərk etsə, yığma komandada işləməkdə maraqlı olacağı bildirilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti