Premyer Liqa klubunda 21 nəfər koronavirusa yoluxdu

7 Yanvar 2022 00:00 İngiltərə 337
Premyer Liqa klubunda 21 nəfər koronavirusa yoluxdu

"Mançester Siti"də 21 nəfər koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuata komandanın məşqçisi Rodolfo Borrell açıqlama verib.

Onun sözlərinə görə, infeksiya aşkarlanmış şəxslərin arasında baş məşqçi Xosep Qvardiola və bir neçə futbolçu var. Digərləri isə klubun əməkdaşlarıdır.

"Mançester Siti" yanvarın 7-də səfərdə "Suindon Taun"a qarşı İngiltərə Kubokunun III tur matçına çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti