“Ronaldonun komandaya dəvət olunması səhv addım idi”

6 Yanvar 2022 21:40 İngiltərə 1 022
“Ronaldonun komandaya dəvət olunması səhv addım idi”

İngiltərə yığmasının sabiq futbolçusu Qabriel Aqbonlahor Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Aqbonlahor Ronaldonun “Mançester Yunayted”ə keçidinin səhv olduğunu iddia edib.

O, Sulşerin bu səhvi başa düşdüyünə inandığını bildirib:

“Fikir versəz, görərsiz ki, Ronaldonun gəlişindən sonra Fernandeşin oyunu tamamilə dəyişib. Kriştiano gələnə qədər o, aparıcı futbolçu sayılırdı.

“Vulverhemton”la oyunda Ronaldo kapitan idi. Ona qədər isə Maquayr olmayanda kapitan sarğısı Fernandeşdə olurdu. İndi isə o, skamyada əyləşir.

Gərginlik yaranıb. Hazırkı situasiyanı nəzərə alsaq, inanıram ki, indi Sulşer də başa düşür ki, Ronaldonun komandaya dəvət olunması səhv addım idi.

Bəli, Ronaldo qol vurur. Amma o qolları həmin mövqedə oynayan Reşford, Qrinvud da vura bilərdi.

Mən olsaydım, yayda Ronaldonu buraxar, Qrinvud, Reşford və Sançoya birgə oynamaq imkanı verərdim”.

Digər Xəbərlər
Xəbər Lenti