“Baş məşqçi kim olursa olsun, ona 4 illik layihə lazımdır“

6 Yanvar 2022 15:40 İngiltərə 803
“Baş məşqçi kim olursa olsun, ona 4 illik layihə lazımdır“

“Mançester Yunayted”in sabiq hücumçusu Pol İns komandanın hazırkı durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, İns komandaya kimin rəhbərlik etməsini istədiyini də bildirib.

O, PSJ-nin çalışdırıcısı Mourisio Poçettinonun ən uyğun mütəxəssis olduğunu iddia edib:

“Mançester Yunayted” simasını itirib. Hər kəs bu sualı verir: “Biz nə edirik? Yolumuzun düzgünlüyünə əminikmi?”

“Mançester Yunayted”in problemləri 1 ildən sonra da həll olmayacaq. Ümid edirəm ki, bir gün bu komandanın “Çelsi” və “Liverpul” səviyyəsində oyun göstərdiyini görə biləcəm.

Həmişə arzulamışam ki, MY-yə Poçettino rəhbərlik etsin. O, həmin şəxsdir. Amma baş məşqçi kim olursa olsun, ona 4 illik layihə lazımdır. Komandanın gücləndirilməsinə ehtiyac var.

Bu klubu irəli aparmaq üçün düzgün fəlsəfə, düzgün layihə və düzgün mütəxəssis lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti