Koronavirusa görə bazasını bağladı, matç təxirə salındı

6 Yanvar 2022 12:20 İngiltərə 365
Koronavirusa görə bazasını bağladı, matç təxirə salındı

“Liverpul” koronavirus pandemiyasına yoluxma sayının artması ilə əlaqədar bazasını bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəbərdə klubun bazasının ən azı 48 saatlıq bağlı olacağı diqqətə çatdırılıb. Söhbət əsas komandanın istifadəsində olan məşq meydançalarından gedir.

Xatırladaq ki, “Liverpul” Premyer Liqanın 21-ci turu çərçivəsində qarşılaşdığı “Çelsi” ilə səfər oyununda Alisson Bekker, Roberto Firmino və Joel Matipin xidmətindən yararlana bilməmişdi.

Onlar koronavirusa yoluxduqları üçün səfərə aparılmamışdılar. Baş məşqçi Yurgen Kloppun da COVİD-19 testi pozitiv çıxdığı üçün sözügedən matçda texniki zonada yerini almamışdı.

Son olaraq almaniyalı mütəxəssisin köməkçisi Pep Liyndersin koronavirusa yoluxduğu açıqlanıb.

Koronavirusa kütləvi yoluxma “Liverpul”un İngiltərə Liqa Kuboku çərçivəsində “Arsenal”a qarşı keçirəcəyi oyuna da təsirsiz ötüşməyib.

Belə ki, yarımfinal mərhələsi çərçivəsində bu həftə keçirilməli olan görüş yanvarın 20-nə təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti